Heyatin icinden…

29 Aug

Brad Pitt:”Həyat yoldaşım xəstələnmişdi. O, işdə yaranan problemlərə, şəxsi həyatına, uğursuzluqlarına və uşaqları ilə yaşadığı problemlərə görə daim narahatçılıq keçirdirdi. 35 yaşında 15 kq. arıqlayıb 40 kq. olmuşdu. O, tez-tez ağlayır, hamıya qarşı kobud davranırdı. Heç nə onun könlünü açmırdı. Daim başı və ürəyi ağrıyırdı. Gecələr demək olar ki, yata bilmirdi. Səhərə yaxın yuxuya gedirdi və buna görə də yorğun olurdu. Gözlərinin altı qaralmışdı, heç özünə baxmırdı. Filmə çəkilmək istəmirdi, bütün rollardan imtina edirdi. Bizim münasibətimiz sona çatmaq üzrə idi. Ümidimi itirmişdim, düşünürdüm ki, tezliklə ayrılacıyıq…
Sonra fikirləşdim ki, nəsə etmək lazımdı. Axı dünyanın ən gözəl qadını mənə qismət olub. Kişilərin xəyal etdiyi, qadınların özünə ideal seçdiyi həmin qadını bir tək mən qucaqlayıb onunla yata bilirəm….
Mən onu güllərlə, öpüşlərlə və xoş sözlərlə oyatmağa başladım. Ona sürprizlər edib hər dəqiqə sevindirirdim. Hədiyyələr verib, onun üçün yaşayırdım. Cəmiyyət arasında ancaq onun haqqında danışırdım, bütün söhbətlərimin sonunu ona gətirib çıxardırdım. Onu öz dostlarıma və ortaq dostlarımıza tərif edirdim….
İnanmayacaqsız – amma alındı. O əvvəlkindən də yaxşı oldu. Narahatçılığı tam keçdi, özünə gəldi və məni həmişəkindən də çox sevdi. Mən heç bilmirdim ki, o belə sevə bilir…
Və mən bir şeyi başa düşdüm: qadın kişinin əksidir. Onu nə qədər çox sevsən, o dəyişib “SƏN” olacaq!

Leave a comment